16 saylı Yasamal II seçki dairəsində seçicilərin 20%-i artıq səsvermədə iştirak edib

16 saylı Yasamal II seçki dairəsində seçicilərin 20%-i artıq səsvermədə iştirak edib
16 saylı Yasamal II seçki dairəsi 9 və 10 saylı və 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntələrindən verilən məlumata görə, səsvermə zamanı qanun pozuntusu aşkar olunmayıb. SİA-nın müxbirinin verdiyi məlumata görə, hazırda seçki prosesi normal keçir. Səsvermənin gedişini YAP-ın, "Qarabağ" blokununun nümayəndələri və bitərəf şəxslər müşahidə edir. Məntəqədən bildirilib ki, 16 saylı Yasamal II seçki dairəsinin 9 saylı məntəqəsində qeydiyyatda olan şəxslərin 20%-i, 10 saylı seçki məntəqəsində qeydiyyatda olanların 25 %-i, 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki mənqətəsində qeydiyyatda olanların 15%-i artıq səs veriblər. Hər 3 seçki mənqətəsində "exit-poll" əməkdaşları fəaliyyət göstərir. Beynəxlaq müşahidəçilərdən ATƏT-in Demokratik Təsisatlar İnstitutu və AŞPA-nın nümayəndələri seçki proseini izləyir.

16 saylı Yasamal II Seçki Dairəsinin üzvü Elçin Yusifzadənin SİA-ya verdiyi xəbərə görə, hazırda bütün məntəqələrdə səsvermə lazımi qaydalar üzrə aparılır və hələ ki, heç bir pozuntu aşkarlanmayıb: "Burada 29 məntəqə üzrə 37856 seçicidən 20%-i səs verib. Səsvermə bütün mənqətələrdə beynəlxalq hüquq normalarına uyğun aparılır. Məntəqələrdə səsvermə prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə