Beynəlxalq müşahidəçilərin Qubada seçkilərlə bağlı təəssüratları FOTOLAR

Beynəlxalq müşahidəçilərin Qubada seçkilərlə bağlı təəssüratları FOTOLAR

Seçkilərdə beynəlxalq müşahidəçilər iştirak edir. Bunlardan biri İspaniyanın Barselona şəhərindən gələn müşahidəçi qrupudur. Onlar Qubada seçki prosesinin gedişiatını müşahidə edirlər.

“Mən Barselonadan gəlmişəm. Biz Bakıda bir məntəqədə olmuşuq. Qubada isə üçüncü məntəqədir ki, müşahidə aparırıq. Burada seçki çox aktiv şəkildə davam edir. Gün ərzində nə qədər seçicinin iştirak etdiyini müşahidə edirik. Qeyd etmək istəyirik ki, bizim təəssuratlarımız xoşdur", deyə müşahidə qrupunun rəhbəri Macias Arau Pere SİA-ya açıqlamasında bildirib.

Bundan başqa qonşu Rusiya Federasiyasından da müşahidəçilər Qubaya təşrif buyurub. “Biz beş nəfəlik qrupla müşahidəçi qismində səsverməni izləyirik. Həmçinin, qrup üzvlərindən Marina xanım bizimlədir. Hal-hazırda məntəqəni müşahidə etmək üçün içəri daxil olacağıq", deyə müşahidəçi Maqamedkadir Qasanov açıqlamasında bildirib.

Bundan başqa qrupun digər üzvü Katenka Marina bildirib ki, burada olmağımız bu gün qonşu Azərbaycan Respublikasında prezident seçkilərinə təsadüf edir: "Biz buraya yaxın qonşunuz olan Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmişik. Respublika üçün vacib olan seçkinin şəffaf, yüksək əhval-ruhiyyə və aktiv keçirilməsinin şahidi oluruq. Bu işdə uğurlar arzulayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə