Marina Jenistova: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir”

Marina Jenistova: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir”

MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. SİA sechki-2018.az saytına istinadən xəbər verir ki, müşahidəçi Marina Jenistova bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın tərkibində 45 məntəqə var. Məntəqələrdən 6-sı N saylı hərbi hissələrdə yaradılıb.

Dairə üzrə ümumilikdə 43330 seçicinin səsvermədə iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə