Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli oldu

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli oldu

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

SİA-nın verdiyi məlumata görə, saat 12:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsidə 46600 seçicidən 20775-i (44.58%) artıq səsvermədə iştirak edib. Saat 12:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 10271 seçici (25.63%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 12:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 2093343 nəfəri (39, 39%) səsvermədə iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə