Qazaxıstanlı müşahidəçilər: "Seçkilərin bayram ovqatında keçdiyini müşahidə edirik" FOTOLAR

Qazaxıstanlı müşahidəçilər: "Seçkilərin bayram ovqatında keçdiyini müşahidə edirik" FOTOLAR

MDB-nin seçki müşahidə missiyasından olan Qazaxıstanlı müşahidəçilər - Anapin Maxatxan və Yessengeldinov Aitzxan seçki məntəqələrini izləyərkən, Azərbaycan seçicilərinin bayram ovqatında olduqlarını bildiriblər. MDB-nin seçki müşahidə missiyasının üzvləri SİA-ya açıqlamalarında olduqları bütün məntəqələrdə seçici fəallığı, demokratik mühit və şəffaflıq olduğunu deyərək, Azərbaycanda keçirilən seçkilərin digər ölkələrə də nümunə olduğunu vurğulayıblar. "İzlədiyimiz seçki prosesi bizlərdə çox xoş təəssüratlar oyatdı"-deyə qazaxıstanlı müşahidəçilər sonda qeyd ediblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə