Məzahir Pənahov səs verdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda keçirilən Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.

SİA-nın verdiyi məlumata görə, MSK sədri 9 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə