Barak Obamanın Hindistana səfəri ölkəni qarışdırıb

Barak Obamanın Hindistana səfəri ölkəni qarışdırıb

ABŞ prezidentinin Hindistana səfəri ölkədə təlaşa səbəb olub. SİA-nın məlumatına görə, səfərin hər günü üçün 200 milyon dollar pul ayrılıb. Dövlət başçısının səfəri məqsədilə Hindistana 500 amerikalı kəşfiyyatçı səfərbər edilib.

Səfərdə Obama ilə birlikdə işadamları, Ağ Evin işçiləri, gizli xidmətin əməkdaşları, jurnalistlər, aşbazlar və həkimlərdən ibarət 900 nəfərlik qrup iştirak edəcək. Səfər zamanı prezidentin 10-dan çox donanma gəmisi və 18 döyüş təyyarəsi ilə qorunacağı bildirilib. 500 nəfərlik təhlükəsizlik qrupu Obamadan əvvəl Hindistana gələrək hazırlıqlara başlayıb.

Hindistan səlahiyyətliləri bildirib ki, ABŞ prezidenti 2008-ci ildə 176 adamın öldürüldüyü, terror hücumlarının hədəflərindən biri olan "Tac Mahal" otelində qalacaq. Səlahiyyətlli onu da qeyd edib ki, oteldə və Obamanın səfər çərçivəsində ziyarət etməsi nəzərdə tutulan hər yerdə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Prezidentin Hindistan səfəri üçün həyata keçirilən tədbirlər aşağıdakılardır:

1. ABŞ prezidenti gəlmədən öncə "Tac Mahal" otelinin ətrafındakı 11 prospekt bağlanıb.

2. Bölgədə yaşayanlara xüsusi keçiş kartları verilib.

3. ABŞ ordusunun mühəndisləri Obamanın Qandi muzeyinə edəcəyi səfər üçün Mumbai prospektində bombalı hücuma dayanıqlı tunel inşa ediblər. Tunelin hər tərəfi təhlükəsizlik kameraları ilə izlənir, giriş-çıxışlara gülcü nəzarət olunur.

4. Hindistanlı səlahiyyətlilər Obamanın başına düşə biləcəyi ehtimalını nəzərə alaraq Qandi muzeyinin ətrafında olan bütün ağaclardakı hind qozlarını yığdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə