Azərbaycanın Moldova və Belarusdakı səfirlikləri seçkilərə tam hazırdır
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarus və Moldovadakı səfirliklərində bütün hazırlıq işləri yekunlaşıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın həmin ölkələrdəki səfirliklərindən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşlarımızın azad, demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. Aprelin 11-də Moldovada və Belarusda müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları səs verəcəklər.
Səsvermə səhər saat 8-də başlayacaq, axşam 19:00-da başa çatacaq.
AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB