Azərbaycanın ilk rabitə peykinin dəyəri 120 milyon dollardır – Açıqlama
"Artıq biz qeyd edə bilərik ki, Azərbaycan peykinin orbitə çıxarılnası üçün heç bir problem qalmayıb". SİA-nın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova jurnalistlərə verdiyi açıqlamasında deyib. Azərbaycan peykinin orbitə çıxarılması ilə bağlı layihənin həyata keçirilməsi üçün beynəlxalq qrupun yaradıldığını xatırladan nazirin sözlərinə görə, hazırda peyk Amerika tərəfindən hazırlanır.
"Amerikada bizim suni peykin istehsalna başlanılıb. Bu proses 2012-ci ilin sentyabr ayında bitəcək. Qalan 2-3 ay müddətində peyk orbitə çıxarılacaq. 2013-cu ilin yanvar ayının 1-də biz bazarda bu xidməti verməyə başlayacağıq. Yaxın vaxtlarda isə satış müqavilələrinin həyata keçirilməsi üçün danışıqlara başlanılacaq".
Peykin orbitə buraxılma yerinin müəyyənləşdiyini dilə gətirən nazir söyləyib ki, peyk Rusiyda yerləşən lakin Fransaya məxsus olan Qur adasından orbitə çxarılacaq. Peykin dəyərinə gəlincə isə Ə.Abbasovun onun 120 milyon dollar dəyərə malik olduğunu qeyd edib. O əlavə edib ki, həmin 120 milyona həmçinin peykin idarə etmə sistemi və ehtiyat idarəetmə sistemi, kadr hazırlığı da daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB