"Ermənistan iri dövlətlər və qurumlar tərəfindən yumşaq təzyiqə məruz qalır” TƏHLİL
“Ermənistan bütün maraqlı iri dövlət və qurumlar tərəfindən yumşaq təzyiqə məruz qalır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
I. RF-in yumşaq təzyiq kimi başa düşdüyümüz addımları:
ı. “Türkmənçay” sülh müqaviləsinin 190 ildönümünə həsr olunmuş tədbirdə RF erməni siyasətçilərinin dili ilə bəyan etdi ki, “Türkmənçay müqaviləsinədək bu regionda Ermənistan adlı dövlət olmayıb. “Türkmənçay” müqaviləsi rus və erməni xalqlarının qarşılıqlı əlaqələrində yeni mərhələ yaradıb.
II. Rusiya parlamentarilərinin Ermənistana səfəri intensivləşib. RF Federasiya Şurasının komitə sədri K.Kosaçevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərindən az keçmiş RF Dövlət Dumasının nümayəndə heyəti Ermənistana səfər etdi. Bununla da RF Ermənistanla əlaqəli məsələləri xüsusi diqqətdə saxladığını nümayiş etdirməklə yanaşı, həm də beynəlxalq aləmə Ermənistanın Rusiyaya məxsusluğunu unutmamaq mesajını verdi.
III. Səsləndirilən bəyanatlar Ermənistan üçün kifayət qədər alçaldıcıdır. Ən ermənipərəst siyasətçilərdən olan K.Zatulin Ermənistanı Rusiyanın forpostu adlandırdı. Onun fikrincə, ABŞ-ın Yaxın Şərqdə İsraili varsa, Ermənistan da Rusiyanın İsrailidir. K.Zatulin vaxtilə S.Sərkisyana qızıl ruletka verərək ona siyasətdən istirahət etməyi başqa sözlə, siyasətdən getməyi tövsiyə etdiyini bildirdi. Zatulinin S.Sərkisyanı güclü siyasətçi və güclü şahmatçı adlandırması da bu kontekstdən təhdid kimi dəyərləndirilməlidir: Rusiyanın rolunu dərk et.
IV. K. Zatulinlə birlikdə mətbuat konfransında Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri A.Aşotyan Qriboyedov irsindən danışdı, daha doğrusu danışdırıldı. A.Aşotyan kifayət qədər savadlı, təcrübəli siyasətçidir. Onun Qriboyedov irsindən danışması Rusiyanın Ermənistanın hakim elitasına olan təzyiq rıçaqının çox güclü olduğunu göstərir.
V. Ermənistandan Rusiyaya ixrac olunan məhsullar tez-tez geri qaytarılır və ya məhv edilir. Bəzi mütəxəssislərin fikrincə, lisenziya vermək hüququ olan RF təşkilatları qəsddən erməni ixracatçılarını çaşdırırlar.
II. ABŞ-ın ehtimali yumşaq təzyiq addımları:
I. ABŞ Ermənistanın hakimiyyətində korrupsiya məsələsini lazım olan vaxtda aktuallaşdırır.
II. Ermənistan parlament nümayəndə heyəti izahat işi üçün ABŞ-a səfər etsə də sonradan onların mövqelərinin ABŞ tərəfindən “başa düşülmədiyi” bəlli oldu.
III. ABŞ səfirliyi hakimiyyətin əleyhinə çıxan qüvvələri dəstəkləmədiyi ilə bağlı indiki həssas dövrdə bəyanat yayması hakimiyyətə təzyiq vasitəsidir.
III. Aİ-nin ehtimali yumşaq təzyiq addımları:
I. Aİ Ermənistan vətəndaşlarına vizanın verilməsi məsələsini Türkiyə ilə RF arasında müştərək “Vizametrik” şirkətinə tapşırdı. Bununlada Aİ erməniləri Türkiyəyə yaxınlaşmağa məcbur edir.
II. Avroparlamentari, ermənilərə xüsusi yaxınlığı ilə seçilən F.Engel qısa müddət ərzində iki dəfə Yerevanda Xİ naziri E.Nalbandyanla görüşdü. Görüşlər barədə yalnız ümumi məlumatlar yayıldı. Ehtimal ki, Aİ-də Ermənistanın F.Engeldən istifadə etdiyini nəzərə alaraq indi də F.Engeldən Ermənistana qarşı istifadə edirlər. Ola bilər F.Engel Qarabağ mövzusunda hansısa bir məsələdə Ermənistanın mövqeyini dəyişmək istəyir. Həyat yoldaşı Qarabağ ermənisi olan F.Engelin son vaxtlar Qarabağa getməsinə dair heç bir məlumata rast gəlməmişik.
III. İranın yumşaq təzyiq kimi başa düşülən ehtimali addımları:
I. İran investorları Ermənistan üçün planlaşdırdığı investisiyaları qoymaqdan imtina etdilər.
II. İran Ermənistanı “Araz” AİZ-ə qoşmaq cəhdlərini permanent davam etdirir.
III. Nəqliyyat, energetika sahəsində İranın son vaxtlardakı mövqeyi Ermənistanı ələ salma kimi başa düşülə bilər”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB