Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, aprelin 3-də Ankarada olacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındada təkbətək görüş keçiriləcək. Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər.

İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq. Həmin gün R.T.Ərdoğan və V.Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Həmin gün R.T.Ərdoğanın İran Prezidenti Həsən Ruhani ilə görüşü də olacaq. Prezidentlərin ikitərəfli əlaqlələri müzakirə edəcəyi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə