“İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir” MÜNASİBƏT
“Azərbaycan və İran arasındakı əlaqələr son vaxtlar aparılan səmərəli işlər nəticəsində öz bəhrəsini verməyə başlayıb”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq belə bir ifadəsi vardır ki, Azərbaycan və İran iki qonşu ölkədirlər və kimsə öz yerindən köçüb başqa bir yerə gedəsi deyil. Təbii ki, bir yerdə, məkanda, eyni coğrafi ərazidə yaşayan iki dövlət kimi bunlar öz aralarında dil tapıb mehriban münasibət qurmağa məhkum olan xalqlar və dövlətlərdirlər. Nə yaxşı ki, bu qarşı tərəfdən də anlaşıldı. Təbii ki, Azərbaycanın bu sahədə münasibəti həmişə müsbət olub. Eləcə də bütün ziddiyyətli məsələlərin kompromis yolu ilə aradan qaldırılmasına cəhd göstərilib. Yaxşıdır ki, bu son vaxtlar digər tərəfdən də anlaşıqlı qarşılanmağa başlanılıb. Müsbət amil odur ki, atılan addımlar problemlərin aradan qaldırılmasına yönəlib. Bu baxımdan da hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və görüşlərini çox yüksək dəyərləndirə bilərik. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir”-deyə, sədr müavini fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB