Son günlər sosial mediada Avropada yaşyan müxalif fikirli azərbaycanlıların Vətəndəki qohumlarının təqib olunması haqıında kampaniya aparılmaqdadır. Tez-tez Turla Sadıqlının atası Əlövsət Sadıqlı iki vətənpərvər, intellektual gənc böyütmüş ziyalı obrazında təqdim olunur. Halbuki araşdırdığımız faktlar hər iki intellektual gəncin məişət pozğunu olduğunu sübut edir.
Ata xəttilə babaları Əhəd Sadıqov 1951-ci ilin oktyabrında o, azyaşlı qızı zorladığına görə, azadlıqdan məhrum edilib. İkinci dəfə 1961-ci ildə quldurluğa, üçüncü dəfə isə 1969-cu ildə başqasına ağır bədən xəsarətləri yetirməyə görə həbsə alınır.
Tural və Elgizin ana xətti ilə babaları Səməd Hümbətov da “repressiya qurbanı” olub, yəni 1976-cı ildə törətdiyi cinayətə görə həbs olunub.
Qardaşlardan biri Elgiz Sadıqov 2015-ci ildə narkotikdən istifadəyə görə həbs olunub.
Elgiz ilk dəfə 1998-ci ildə, hələ qardaşına görə “siyasi əzabkeş” olmaq ağlının ucundan keçmədiyi zamanlarda məhkum edilmişdi. O zaman Bakı qarnizonunun hərbi tribunalı Elgizi fərariliyə görə iki il azadlıqdan məhrum etmişdi.
İkinci dəfə isə o, həqiqətən qardaşına görə həbsdə yatıb. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin (hakim Nüşabə Ağayeva) 29 iyun 2007-ci il tarixli hökmündən çıxarış: “Sadıqov Elgiz Əlövsət oğlu Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2007-ci il tarixdən hesablanılmışdır”.
Xatırladaq ki, həmin maddə adam oğurluğundan bəhs edir, konkret halda isə adını yazmaq istəmədiyimiz bir qızın zorla qaçırılmasından söz gedirdi.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 26 may 2009-cu il tarixli 1(102)-266/09 qərarında deyilirdi: “Onun əməli CM-nin 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin maddə ilə məhkəmə E.Ə.Sadıqova cəza təyin edərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq edib maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin edilmişdir”.
Sadıqovların məcburi köçkün ailəsi olması, bu cinayət işi üzrə Elgizin doğma qardaşı Turalın da eyni maddə ilə məhkum edilməsi, ailəsinin olduqca ağır vəziyyətdə yaşaması müstəsna hal kimi qiymətləndirilmiş və onun barəsindəazadlıqdan məhrumetmə cəzası beş ildən üç ilə endirilmişdi.
Sadıqovlara yaxın şəxslər bu humanist addımın atılmasına qızın ailəsinin səbəb olduğunu deyirlər. Sadıqovlardan birinin adına ləkə saldıqları qızla ailə quracağı vəd edildiyindən qız belə cinayətlərdə ağırlaşdırıcı hal kimi nəzərə alınacaq ifadə verməmişdi.
Bu hadisədən sonra BDU-dan qovulan Tural Sadıqlı yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin magistaturasında davam etdirmiş magistaturada təhsil ala-ala işə də götürülmüşdü
NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. NDU-nun yardımı ilə Misirə elmi ezamiyyəyə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu “nikah” Azərbaycanda rəsmiləşdirilmir. Çünki o, eşq macəralarını davam etdirirdi.
Turalın pozğunluğundan bezən tələbə qızların və universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən Tural Sadıqlı NDU-dan uzaqlaşdırılır.
Tural “macəralar”ını davam etdirmək üçün yenidən Bakıya üz tutur. Burda AMEA-nın Şərqşünaslıq İnstitutuna elmi işçi götürülür. Əvvəl kazanovalıq portreti tamamlansın deyə sifətində kosmetik əməliyyat etdirir. Sonra isə siyasət meydanına baş vurur, Müsavat partiyası “perspektivli şərqşünas ailm”i öz sıralarına qəbul edir. Tural partiyanın gənc və iddialı bir üzvü kimi meydanlarda, mitinqlərdə, sosial şəbəkələrdə fəallıq edir.
Tural əvvəl ona humanistlik etmiş Şərqşünaslıq İnstitutunun rəhbərliyini ittiham edib işdən uzaqlaşır, sonra da Müsavatı opportunizmdə, hakimiyyətə satılmaqda ittiham edib “yeni müxalifət” yaratmaq qərarına gəlir.
“Yeni müxalifət” dediyi sə mühacirət etdiyi Almaniyada qurduğu Avropa Demokratiyaya Dəstək Alyansı (ADDA) adlı təşkilat və “Azad söz” adlı internet resursudur.
http://kaspi.az/az/adda-budda-demokrat/
Bütün xəbərlər Facebook səhifəmizdə