Yeni Azərbaycan Partiyası seçki qərargahının Cəlilabad rayon şöbəsi partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
SİA-nın verdiyi məlumata görə, cənab İlham Əliyevin təşviqatı ilə əlaqədar olaraq 24 mart 2018-ci ildə rayonun Xanəgah və Mikayıllı ərazilərində seçicilərlə görüşlər keçirilib.
Hər iki görüşdə YAP rayon təşkilatının idarə heyətinin üzvü Baxış Mustafayev və şura üzvü Ərəstun Kərimov iştirak ediblər.
Görüşləri giriş sözü ilə rayon təşkilatı idarə heyətinin üzvü Baxış Mustafayev açıb, görüşlərin məram və məqsədlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ilə yaxın müddət ərzində bütün sahələrdə nəzərəçarpacaq nailiyyətlərə nail olunduğu, əhalinin sosial vəziyyətinin kökündən yaxşılaşdığını, ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsi, demokratiyanın inkişafı və insan azadlığına daim diqqət yetirilməsi məsələlərindən ətraflı məlumat verib. Bildirib ki, müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla, sürətlə irəliləyir. Bizim hamımızda belə bir fikir təşəkkül tapıb ki, bütün Azərbaycan xalqı cənab İlham Əliyevi çox sevir, onun bütün ideyalarını dəstəkləyir və həyata keçirdiyi bütün tədbirləri ürəkdən bəyənirlər. Buna görə də bizim hamımızda belə bir inam vardır ki , bütün seçicilərimiz seçkilər günü məhz cənab İlham Əliyevə səs verəcəklər və mən sizi seçkilərdə fəal iştirak etməyə, partiyamızın layiqli namizədinə səs verməyə çağırıram.
Xanəgah kəndində keçirilən tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Malik Əliyev, təhsil işçiləri Yusif Heydərov və Bəylər Miriyev, torpaq mülkiyyətçisi Ərəstun Ağayev, Mikayıllı kəndində keçirilən tədbirdə çıxış edən Sücayət Səmədov, torpaq mülkiyyətçisi Ramiz Dadaşov, təhsil işçiləri Əlişirin Teymurov, Ramin Şükürov və başqaları cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirləri ürəkdən bəyəndiklərini və 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə məhz cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.
Elə həmin günü rayonun Privolnoye kənd ərazisində də seçicilərlə görüşə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP rayon təşkilatı idarə heyətinin üzvü Etibar Sadığov və şura üzvü Vüqar Cavadov iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon təşkilatı idarə heyətinin üzvü Etibar Sadığov açıb, keçirilən tədbirin 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkiləri ilə əlaqədar olduğunu vurğulayıb. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 8 fevral 2018-ci il tarixdə keçirilən qurultayında cənab İlham Əliyev yekdilliklə ölkə prezidentliyinə namizəd göstərilib. Hamınıza yaxşı məlumdur ki, cənab İlham Əliyevin 15 ilə yaxın ölkə prezidenti olduğu müddətdə ölkəmiz sürətlə inkişaf edib, onun beynəlxalq nüfuzu xeyli artıb, respublikada bütün sahələrdə mühüm islahat tədbirləri həyata keçirilib, əhalinin güzəranı xeyli yaxşılaşıb, paytaxt Bakıda və bütün regionlarda tikinti, quruculuq, abadlıq işləri geniş vüsət alıb, ölkənin siması müsbətə doğru xeyli dəyişilib, müdafiə qüdrətimiz nəzərəçarpacaq dərəcədə yüksəlib, ölkə üzrə cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər xalq tərəfindən yekdilliklə dəsdəklənir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz rəhbərini sevir və onun ətrafında getdikcə daha sıx birləşirlər. Buna görə də mən bu gün sizlərə çağırış edir və seçkilər günü daha fəal olmağa, seçkilərdə yaxından iştirak etməyə və məhz cənab İlham Əliyevə səs verməyə çağırıram.
Privolnoye kəndində keçirilən tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Əliyar Səlimov, təhsil işçiləri Həsən Həsənov, Azər Rüstəmov və Camal Babayev, tibb işçisi Zivər Əliyeva, torpaq mülkiyyətçisi Ələsgər İmanov və başqaları ölkə rəhbəri cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, seçkilər günü yekdilliklə məhz cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB