Prezident İlham Əliyev təbii fəlakət zamanı Salyan rayonunda evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin açılışında iştirak edib

Prezident İlham Əliyev təbii fəlakət zamanı Salyan rayonunda evləri dağılan vətəndaşlar üçün tikilən yeni qəsəbənin açılışında iştirak edib

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib.

SİA-nın məlumatına görə, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, yeni qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunub.

Dövlətimizin başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb.

Evlərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik edib.

Müəllim Safurə Rzayeva qəsəbə sakinləri adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə