® Əli Əhmədov: "Azərbaycanın inkişafı istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdiriləcək” - AÇIQLAMA
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov Nərimanov rayonu, "Dəmirçizadə-2" ünvanında seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, seçiciləri salamlayan Ə.Əhmədov ötən beş il ərzində onlarla sıx ünsiyyət qurulduğunu bildirib. Beş il müddətində Milli Məclisdə qanunvericilik çərçivəsində deputat səlahiyyətlərini yerinə yetirdiyini deyən YAP Sədrinin müavini, həmçinin seçicilərinin problemlərinin həlli ilə də məşğul olduğunu qeyd edib.
Ə.Əhmədov vurğulayıb ki, ötən beş il ərzində Azərbaycan inkişaf edib, dövlətimiz, ordumuz xeyli güclənib, insanların rifahı yüksəlib: "Bu müddətdə ölkəmizin dünya dövlətləri sırasında nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. 2005-ci ildən indiyə qədər ölkəmizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Prezidentimiz İlham Əliyevin dediyi kimi Azərbaycanda görülən işlərin məqsədi insanlara xidmət etməkdir. Bizim məqsədimiz budur ki, dövlətimizin qüdrəti daha da artsın, insanların rifahı daha da yüksəlsin. Yeni Azərbaycan Partiyası bu prinsiplərlə seçkilərə gedir. Azərbaycanın inkişafı istiqamətində görülən işlər bundan sonra da uğurla davam etdiriləcək və bunun üçün ciddi baza mövcuddur".
Əli Əhmədov seçiciləri layiq bildikləri namizədə səs verməyə çağırıb. Görüşdə çıxış edən seçicilər millət vəkili kimi YAP Sədrinin müavini Əli Əhmədovun fəaliyyətindən razı olduqlarını və noyabrın 7-də yenə də ona səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB