Ermənistanda "Qanun"a dəyişiklik dəstəklənib

Ermənistan parlamentinin bugünkü iclasında “Referendum Haqqında” Qanuna dəyişikliyi dəstəkləyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, qanun layihəsinin leyhinə 64, əleyhinə isə 33 deputat səs verib.

2015-ci ildə həyata keçirilmiş referendum qanununa əsasən, qanunu dəstəkləyənlərin sayı ümumi deputatların 5/3-dən az olmalı deyil.

Yeni hökumətdə baş nazir, baş nazirin 1-ci müavini, 2 müavini və 17 nazir olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə