ABŞ Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də imzaladiği birgə bəyanati müsbət irəliləyiş adlandirir

ABŞ Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də imzaladiği birgə bəyanati müsbət irəliləyiş adlandirir

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli 28 oktyabr 2010-cu il tarixdə keçirilmiş gündəlik press brifinqdə Prezidentlər Medvedev, Sarkisyan və Əliyev tərəfindən oktyabrın 27-də imzalanmış birgə bəyanata dair bəyanatla çıxış edib.

ABŞ ölkəmizdəki Səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilir: "Biz, Ermənistanla Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə müharibə əsirlərinin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması üçün razılaşdırılmış, 27 oktyabr 2010-cu il tarixdə Prezidentlər Medvedyev, Sarkisyan və Əliyev tərəfindən imzalanmış birgə bəyanatı dəstəkləyirik.

Biz, tərəflər arasında etimadın yaradılması və 1994-cü ildə bağlanmış atəşkəsin gücləndirilməsi məqsədi daşıyan bu sənədin imzalanması istiqamətində Prezident Medvedevin şəxsi səylərini yüksək qiymətləndiririk. Bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində ATƏT-in Minsk qrupunun davamlı fəaliyyətində müsbət irəliləyişi təcəssüm etdirir və ümid edirik ki, tez bir zamanda bu razılaşmanın icrasını müşahidə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə