1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən qanlı hadisələr haqqında fikir və mülahizələr söyləməzdən əvvəl tarixə kiçik də olsa, ekskurs etsək pis olmaz.
Qorbaçov və onun “yenidənqurması”
1985-ci ildə SSRİ məkanında Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov tərəfindən elan olunmuş
“yenidənqurma və aşkarlıq” siyasəti elan olunduqdan sonra ölkədə söz azadlığı, fikir plüralizmi və aşkarlıq
yüksək templə inkişaf etməyə başladı. İllərlə qadağan olunmuş əsərlər qəzet və jurnalların səhifələrinə
çıxdı. Yenidənqurmadan istifadə edən bəzi qüvvələr öz siyasi ambisiyalarını irəli sürdülər, mövcud ictimaisiyasi
vəziyyəti gərginləşdirməyə başladılar. Bunlardan biri də milli münaqişə üzərində qurulmuş çirkin bir
siyasət idi. M.Qorbaçovun səriştəsizliyindən, tamahkarlığından istifadə edən ermənipərəst qüvvələr onun
ətrafında özlərinə səlahiyyətli mövqe tutmağa başladılar və ömürləri boyu arzusunda olduqları Dağlıq
Qarabağ problemini ortaya atdılar. 1987-ci ildə Parisdə “Humanite” qəzetində akademik A.Aqanbekyan
erməni elitası qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi
ideyasını irəli sürdü. Bu haqda çox yazıldığından onun üzərində dayanmaq fikrindən uzağam. Bircə onu
qeyd etmək istəyirəm ki, Sov.İKP MK-nın katibi, Siyasi Büronun üzvü, “yenidənqurma”nın “baş memarı”
sayılan Aleksandr Yakovlev bu sətirlərin müəllifinə verdiyi müsahibəsində bildirmişdi ki, Aqanbekyan
Parisdə öz təşəbbüsü ilə çıxış etməmişdi. Fransaya yola düşməzdən əvvəl o, Qorbaçovun yanında olmuş və
ondan dəstək almışdı.

Aqanbekyan və onun havadarı Qorbaçov bu addımı əvvəllər də ata bilərdilər. Lakin Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev yüksək hakimiyyət eşalonunda rəhbər vəzifə tutduğundan Dağlıq
Qarabağ məsələsini gündəmə gətirə bilmirdilər. Çünki onların hər hansı bir aksiyası Heydər Əliyevin zəkası
və dəmir iradəsi qarşısında aciz idi. Məhz buna görə də ilk növbədə onu Siyasi Bürodan və tutduğu
vəzifədən uzaqlaşdırırlar.
Qiymətli hədiyyələr, o cümlədən brilyant qolbağ
“Humanite” qəzetində məqalə çap olunandan bir ay sonra – 1987-ci ilin dekabrında Qorbaçov
Amerikaya səfər etdi. Kaliforniyada o erməni icması ilə görüşdü. Həmin vaxt erməni diasporu Dağlıq
Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasını ondan xahiş etdilər. Multimillioner Soqomonyan
erməni diasporu adından Qorboçova və onun xanimi Raisa Maksimovnaya qiymətli hədiyyələr verdi. Bu
Ayvazovskinin rəsm əsəri, orta əsrlər rus pravoslav kilsəsinin əlyazmaları və brilyantlarla işlənmiş qolbaq
idi. Bu hədiyyələrin ikisi Moskvada muzeyə təhvil verildi, brilyant isə Qorbaçov ailəsinin əziz hədiyyəsi
kimi qəbul olundu.

Təbliğat mexanizminin qızışdırıcı xarakter daşıması
İndi gəlin hadisələrin xronologiyasına diqqət yetirək. Aqanbekyanın bədnam çıxışından sonra Dağlıq
Qarabağ vilayət sovetinin erməni deputatları sessiya keçirib Dağlıq Qarabağın Azərbaycandan alınıb
Ermənistana verilməsi haqqında qərar çıxartdılar. Əfsuslar olsun ki, SSRİ hökumətinin rəhbərləri buna göz
yumdular. Sov. İKP MK-nın katiblərindən Razumovski Bakıya, Dolgix Yerevana, Demiçev isə Xankəndinə
ezam olundular. Məqsəd yerli əhalinin rəyini öyrənmək idi. İctimai rəy isə birmənalı idi. Azərbaycan xalqı
öz etirazını bildirərək geniş kütləvi aksiyalara başladı.
Yenidənqurmadan istifadə edən ermənilər və onların xaricdəki havadarları Dağlıq Qarabağ problemini
öz xeyirlərinə həll etmək üçün geniş təbliğat kompaniyasına başladılar. 1988-ci il fevralın 25-də Ermənistan
milli televiziyası ilə erməni Qriqoryan kilsəsinin katalikosu Vazgenin çıxışından bəzi məqamları misal
gətirmək pis olmazdı. “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini mən tamamilə qanuni,
Konstitusiyaya uyğun və təbii hesab edirəm. Bu günlər mən bizim xaricdəki kilsə təşkilatlarından çoxlu
məktub alıram, onlar mənə zəng vururlar ki, Sovet hökumətinə müraciət edim və xahiş edim ki, Dağlıq
Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin qərarına əsasən ədalətlə həll etsin. Mən bu bəyanatları
da işə qoşmuşam və bizim hörmətli Mixail Qorbaçova teleqram vurub xahiş etmişəm ki, bunun DQMV
erməni əhalisinin xeyrinə həll olunmasına kömək etsin. Mən sizi əmin edirəm ki, DQMV məsələsi
Moskvada, SSRİ-də millətlərin öz müqəddəratını təyin etmək hüququna əsasən həll olunacaqdır.
Belə məkrli çıxışlar az deyildi. Erməni millətçisi, şovinist Silva Kaputikyan isə fevralın 26-da
Ermənistanın milli televiziyası ilə çıxış edərək demişdir: “Qarabağ tarixən ermənilərin olub. Bizim əsas
məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır. Tarixi
ədalətsizlik bərpa olunmalıdır”.
Erməni ideoloqları Dağlıq Qarabağla bağlı müxtəlif uydurmaları qəzet səhifələrinə çıxarırdılar. Millətçilər Sumqayıtla bağlı geniş təbliğat mexanizmini işləyib hazırlamışdılar. Kütləvi informasiya vasitələri demək olar ki, onlara xidmət edirdi. Ermənipərəst Nuykin, Borovik, Arbatov, Staravoytova onların canlı ruporları idi. SSRİ xalqlarının qurultaylarından, yüksək məclislərindən və tribunalarından çıxış edərək azərbaycanlıları vəhşi obrazda qələmə verməyə çalışırdılar. Sözsüz ki, bütün bunlar pulsuz həll olunmurdu.
“Krunk”un Sumqayıtda fəaliyyəti
Dağlıq Qarabağda fəaliyyət göstərən “Krunk”un əsas çağırışlarından biri Böyük Ermənistan
uğrunda əsil vətənpərvər olmaq idi. Hər bir erməni yerindən, məkanından, irsindən, dinindən asılı
olmayaraq öz vətənpərvərliyini işdə, əməldə sübut etməli idi. Etiraf etmək lazımdır ki, onlar çox vaxt buna
nail ola bilirdilər.
Sumqayıtın iri müəssisələrində “Krunk”un filialları yaradılmışdı. Üzvlük haqları vaxtlı-vaxtında
ödənilirdi. Ermənilər Sumqayıtda gəlirli sahələrdə çalışırdılar. Cavan erməni oğlan və qızların bizim
hörmətli müəssisə və təşkilat rəhbərləri ilə ünsiyyətdə olmaları sözsüz ki, onlar üçün lazımi informasiyanı
almaq ehtimalını artırırdı. Onların çoxusu demək olar ki, “Krunk”a xidmət edirdi.
Bu faktları sonralar SSRİ Baş Prokurorluğunun istintaq qrupunun müstəntiqi, Qriqori Kotenko da
təsdiqlədi. O söhbət əsnasında bu sətirlərin müəllifinə demişdi: “Sumqayıt hadisələrindən əvvəl Qarabağ problemi ilə əlaqədar olaraq müəssisə və təşkilatlarda yerli əhalinin reaksiyası haqqında günaşırı Qarabağa,
ordan da Yerevana informasiyalar ötürülürdü. Bu informasiyanı kim verirdi? Azərbaycanlılar? Yox!
Ruslar? Bu, onların nəyinə lazım idi? Əlbəttə ki, ermənilər, daha dəqiq desək, erməni qızları. Onların isə
başında Stella adında bir qadın dururdu. Bütün informasiyalar ona verilir, o da öz növbəsində rabitə
şöbəsində çalışan erməni rabitəçilərinin əli ilə informasiyaları Stepanakertə və Yerevana ötürürdü. Belə bir
xidmət üçün Stellaya külli miqdarda qonorar ayırırdılar. O, ona ayrılan vəsaiti qızlar arasında bölüşdürürdü.
Komendant saatı olandan sonra Sumqayıtdan Stellanı hərbçilər çıxartdılar və naməlum istiqamətdə yoxa
çıxdı. Əvvəllər onun izinə düşmək istədik,lakin işin çoxluğundan Stella yadımızdan çıxdı. Onu da qeyd
eləyim ki, Stella təkcə informasiya toplamaqla məşğul deyildi. Onun Sumqayıtda bir neçə yerdə
fahişəxanası da var idi. 15-25 yaşlı erməni qızları hər axşam müştəriləri orada qəbul edirdilər. Qızlardan
birini, Nairini dindirmişdik. Onun dediklərinə görə, onlar Stelladan qorxurdular. Çünki onları hədələyir,
milislə qorxudurdu. Belə çirkin işlərlə məşğul olan bu qadına gözün üstə qaşın var deyən yox idi.
Sumqayıtda bunu bir çoxları bilirdi, lakin susmağı üstün tuturdular. Həm də, deyilənə görə, şəhərdə
Stellanın bəzi məmurlar arasında hörməti var idi. Belə ki, o, hər hansı müəssisəyə gedirdisə, onu səmimi
qəbul edirdilər. Bir sözlə, həmin cavan oğlan və qızlar Sumqayıtdan kifayət qədər informasiyanı
Stepanakertə ötürə bilirdilər. Ortaya problem çıxan kimi tezliklə həll olunurdu. Əgər Sumqayıt Şəhər
Partiya Komitəsinin birinci katibinin sürücüsü, şəhər prokurorunun katibəsi erməni millətindən idisə, bu
haqda əlavə izahata ehtiyac yoxdur”.
Ermənilər pullarını kassadan niyə çıxarırdılar?

Çox maraqlıdır. Ermənilər Sumqayıtda baş verənləri genosid adlandırırlar. Qəribə fikirdir. Burada belə
bir sual ortaya çıxır. Görəsən, Sumqayıt hadisələrinə bir ay qalmış ermənilər nə üçün kassalardan pullarını
kütləvi surətdə çıxarmağa başladılar? Deməli, Sumqayıtda qan tökülməsi planı haqda çoxları bilirlərmiş.
Maraq üçün həmin kassalardan çıxarılan pulların sahiblərinin familiyalarını təqdim edirik. N.Ağacanyan16765
rub., S.Gevorkyan-11244 rub., K.Martirosyan-8730 rub., Z.Melkumyan-13580 rub., R.Mikaelyan7610
rub., V.Avanesov-13760 rub., A.Poqosyan-9360 rub., A.Tanyan-5619 rub.,Y.Yaxşiryan-8795 rub.,
R.Sarkisyan-8880 rub., L.Babayan-17890 rub. və s. (həmin vaxt bir rublun məzənnəsi bir Amerika
dollarından artıq idi). Erməni millətçiləri, xaricdə yaşayan lobbi, Qriqoryan kilsəsi bütün siyasi və ideoloji
vasitələrdən istifadə etdilər, lakin azərbaycanlıların əzmini və iradəsini qıra bilmədilər. Bunu görən
ermənilər və onların xaricdə yaşayan havadarları daha məkrli və iyrənc üsullara əl atdılar. Fevralın 28-29-da
Sumqayıtda qan tökdülər. Nəticədə 32 nəfər öldürüldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı idi. Qanlı
aksiya törədiləndən sonra martın 1-dən Sumqayıtda komendant saatı elan olundu. SSRİ-nin Dövlət
Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Prokurorluğun istintaq qrupu Sumqayıtda fəaliyyətə
başladı. İlk gündən hiss olundu ki, istintaq birtərəfli aparılır. Heç nədə günahı olmayan insanlar polis
idarəsinə aparılır, onlara işgəncə verilir, istədikləri izahatı almağa çalışırdılar. Xarici mətbuat isə bar-bar
bağırmağa başladı. Sumqayıtda guya ermənilərə qarşı genosid törədilmişdi. Martın əvvəllərində erməni kinooperatoru Qabrielyan tərəfindən lentə alınmış kütləvi iğtişaşlar ustalıqla montaj edilib Qərb
dövlətlərində göstərilməyə başlanıldı. Filmdə dəhşətli səhnələr lentə alınmışdı. Guya Sumqayıtda ermənilər
balta ilə öldürülür, erməni qadınların bətnində olan uşaqların başı ilə futbol oynanılır, ətlərini kəsib kabab
edirlət və s. Erməni xislətinə xas mənfur bir montaj. Düzünü deyək ki, həmin vaxtlar Qərb ölkələrində bu
film öz “effektini” verdi. Erməni millətçiləri bütün dünyaya sübut etmək istəyirdilər ki, azərbaycanlılar
başkəsən, quldur və vəhşidirlər, onlarla bir yerdə dinc yaşamaq qeyri-mümkündür.
Sumqayıtda 26 nəfər erməninin öldürülməsini ermənilər şişirdərək 400-500-ə catdırırdılar. Həqiqətdə
isə bu belə deyildi. Bunu istintaq materialları və rəsmi orqanlar təsdiq edir. SSRİ Ali Sovetinin orqanı olan
“İzvestiya” qəzetinin 1988-ci il 30 mart sayında “Sumqayıt: istintaqa şayiələr mane olur?” məqaləsində
SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, Sumqayıt hadisələri ilə bağlı istintaq qrupunun
rəhbəri V.Qalkinə belə bir sual vermişdi: “Ən əvvəl istintaqa nə mane olur?” Lakin cavab isə belə idi: “Ən
əvvəl şayiələr mane olur. İstintaq tərəfindən qəti müəyyən olunmuşdur ki, Sumqayıtda qanun pozuntuları
zamanı bir uşaq belə həlak olmamışdır. Həlak olanlar isə nə 400, nə 500-dür, cəmi 32 nəfərdir”.
Qriqoryana niyə 12 il iş kəsildi?
Fevralın 28-29-da Sumqayıtda qan töküldü. Niyə və nə üçün? Bu sualın qarşısında hamı aciz idi.
Doğma şəhərimizə vurulan ləkəni üzərimizdən götürmək üçün isə ciddi və ardıcıl iş tələb olunurdu. Mən
dostum, tanınmış kinorejissor Davud İmanovla birgə (dünyasını vaxtsız dəyişdi. Allah ona rəhmət eləsin)
Sumqayıt hadisələri haqqında sənədli kinofilm çəkmək qərarına gəldik. Bu haqda ilk növbədə şəhər
rəhbərliyinə bildirdik. Onlar tərəfindən isə filmin çəkilməsinə qəti etiraz edildi. Bu, bizi heç ruhdan salmadı.
Əksinə, nəyin bahasına olursa-olsun, filmi çəkmək istəyimizi artırdı. Biz “Azərbaycanfilm” və Azərbaycan
Dövlət televiziyasının rəhbərinə müraciət etdik (söhbət 1990-cı ildən gedir-müəllif). Onlar da bizə kömək
etməkdən imtina etdilər. Lakin biz inadımızdan əl çəkmədik. Kirayə videokamera götürüb Rusiyanın
şəhərlərinə yollandıq. Lentə aldığımız ilk “qəhrəman” Eduard Qriqoryan oldu. O, Sumqayıt hadisələrində 5
nəfər ermənini öldürmüş, 8 erməni qızını zorlamışdı. Həmin vaxtlar bizim hüquq-mühafizə orqanları onun
xeyrinə çox “canfəşanlıq” etdilər. Bir nəfərin ölümündə guya əli olan Əhməd Əhmədova isə cəmi 12 il iş
kəsildi. Bu azərbaycanlıların ciddi etirazına səbəb olsa da, buna əhəmiyyət verən olmadı. Belə ki,
Moskvadan gələn hüquq-mühafizə işçiləri ermənilərin təzyiqi altında istənilən hökmü çıxarırdılar. Onlar
Qriqoryanı müdafiə etmək üçün böyük bir kompaniyaya başladılar və onun Azərbaycandan alınıb Rusiyaya
köçürülməsinə nail oldular. Qriqoryan Budyonovsk şəhərinə islah-əmək kaloniyasında yatırdı. Onu lentə
çəkmək üçün ora getdik. Təəssüflər olsun ki, o vaxt Sumqayıt avtokombinatı bizə maşın ayırmaqdan imtina
etdi. Biz nəqliyyat nazirinə məktubla müraciət etdik. Məktubumuza rədd cavabı verildi. Həmin vaxt
Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Rasim Eminbəyli idi. O bizim planlarımızla tanış olandan sonra
avtokombinatın direktorunu yanına çağırıb bizə maşın ayrılmasını əmr etdi. Təhlükəsizliyimizi təmin
etmək üçün polis işçilərinin bizə qoşulması təklif olundu. Təəssüflər olsun ki, Daxili İşlər Nazirliyi bizə
kömək etmədi. Belə hallara çəkiliş boyu rast gəlirdik.
Budyonovskda Qriqoryanı çəkmək çox müşkül oldu. Belə ki, Stavropol vilayətində yaşayan ermənilər
onu təlimatlandırmışdılar.
Əliboş geri qayıtmaq istəmirdik. Kalonun rəisinə lazımınca hörmət etdik. O da Qriqoryanı yanına
çağırıb dedi: “Əgər çəkilişə imkan verməsən, sənin həyat yoldaşın Ritanı bir daha sənin yanına
buraxmayacağıq”. Rita ayda iki dəfə Qriqoryanın yanında gecələyirdi. O çox fikirləşdikdən sonra razılıq verdi. Onu da qeyd edim ki, biz ona ORT şirkətindən gəldiyimizi bildirmişdik. Azərbaycandan gəldiyimizi
bilsə idi, şübhəsiz razılıq verməzdi.

Kimdir bu cani?
Qriqoryan Eduard Robertoviç, 1959-cu ildə Sumqayıtda anadan olmuşdu. Üç dəfə, 1976-cı ildə, 1981-ci ildə və 1983-cü ildə xuliqanlıq üstündə mühakimə olunmuşdu. Qriqoryan erməni millətçilərinin əlində bir alət idi. Qriqoryan ona tapşırılan işin öhdəsindən bacarıqla gəldi. Bir neçə gün ərzində ətrafına yetkin olmayan gəncləri toplaya bildi. Onlara pul payladı, narkotik maddələr verdi. Görəsən heç bir yerdə işləməyən, tüfeyli həyat sürən “Paşa” ləqəbli Qriqoryanda bu qədər pul və narkotik haradan idi? Sözsüz ki, onu erməni millətçiləri təmin edirdi. “Paşa” bu siyasi aksiyada öz rolunu axıracan oynaya bilmədi. Belə ki, qan töküləndən sonra aradan çıxmalı idi, bununla da izi itirməli, ermənilərin bu işdə əli olmadığı sübut olunmalı idi. Əfsuslar olsun ki, ələ keçdi. Görünür haradasa səhvə yol vermişdi. Qabaqcadan planlaşdırılmış aksiyada Qriqoryan icraçı idi. SSRİ Baş Prokurorluğunun İstintaq qrupunun əməkdaşı V.Soroçixin mənimlə söhbətində bildirmişdi ki, hadisələrdən əvvəl Yerevandan Sumqayıta Edikin yanına emissarlar gəlmişdilər.
İğtişaşlarda iştirak etmiş müttəhim N.Səfərov isə bildirdi ki, Qriqoryan fevralın 26-da uşaqları bir yerə
toplayıb bizə pul payladı, narkotik verdi, əlində olan siyahını bizə göstərdi. Orada kimlərin evinə hücum
olunacağı göstərilirdi. Səhərisi ssenaridə nəzərdə tutulduğu kimi bir qanlı aksiya baş verdi. Qriqoryandakı
siyahıda “Krunk”a maddi köməklik göstərməyənlərin familiyaları və ev ünvanları göstərilmişdi.
.jpg)
İndi Sumqayıt cəlladı Qriqoryan Moskvaətrafı Serqiyevo-Pasadka rayonunda keyf içində yaşayır. Təbii ki, havadarlarının, xüsusən də Rusiya xüsusi xidmət orqanlarının himayəsi altında...
Marşal Yazov nə dedi?
Sumqayıtda komendant saatı niyə məhz mart ayının 1-i elan olundu? Niyə fevral ayının 26-da və yaxud 27-də tətbiq olunmadı? Axı hərbi qoşunlar fevral ayının 26-da Sumqayıtda hazır vəziyyətə gətirilmişdi. Niyə onlar iğtişaşların qarşısını almadılar? SSRİ müdafiə naziri D.Yazovla müsahibədə ona deyiləndə ki, “Qorbaçov SSRİ Ali Sovetinin sessiyasında demişdi ki, guya qoşunlar Sumqayıta bir saat gecikmişdilər, bu doğrudurmu?”. Marşal Yazov dedi ki, “bu ağ yalandır. Yadınızda saxlayın, sovet qoşunu heç bir vaxt heç yana gecikməyib”. Bəs nə üçün qoşunlar hadisələrə müdaxilə etmədilər?”. Yazov belə cavab verdi: “Mən əsgərəm, Ali Baş Komandanın əmri olmadan komendant saatı elan edə bilmərəm”.
Baş komandan isə Qorbaçov idi. Deməli, Sumqayıt hadisələrində maraqlı qüvvələr var idi. Sumqayıt hadisələri Dağlıq Qarabağ probleminə vurulmuş növbəti düyündür. Qarabağ problemi həll olunmayana qədər Sumqayıt hadisələrinin düyününü açmaq mümkün olmayacaq. Qarabağ problemini açmaq isə çox çətin və qəlizdir...
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri V.Kryuçkov Moskvadakı müsahibəsində bizə
bildirdi ki, “Azərbaycan torpağının 20 faizinin işğal olunması iri dövlətlər arasında Bakı neftinin
bölüşdürülməsi ilə bağlıdır. Nə qədər ki, iri dövlətlərin maraqları üst-üstə düşməyib, deməli, Qarabağ
problemi də bir o qədər uzanacaq”. Onun sözlərində həqiqət var. Müsahibədən 11 il keçir. Qarabağ
problemi isə həll olunmur ki, olunmur. Görəsən, bu problemin açarı kimdədir?
Rusiya Dövlət Dumasının üzvü D.Roqozinlə söhbətimizdə o demişdir ki, Dağlıq Qarabağın açarını
Moskvada axtarmaq lazımdır. Keçən ilin ortalarında Azərbaycana səfər etmiş NATO-nun baş katibinin
Milli Məclisdəki çıxışı yadıma düşdü. Millət vəkilləri qarşısında o belə demişdi ki, NATO Qarabağ
problemi ilə məşğul olmayacaq. Bu Rusiyanın problemidir. Onu Moskva ilə həll edin. Həmin vaxt 11 il bundan əvvəl Moskva şəhərində bizə müsahibə vermiş Roqozinin sözləri yadıma düşdü. Bəlkə, elə
doğrudan da Qarabağın açarı Moskvadadır?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB