Politoloq: “Səlim Müslümün həbsi Türkiyənin uğuru sayıla bilər" MÜNASİBƏT

Politoloq: “Səlim Müslümün həbsi Türkiyənin uğuru sayıla bilər" MÜNASİBƏT

"Əlbəttə, PKK/PYD terrorçu təşkilatının keçmiş lideri Səlim Müslümün İnterpolun xətti ilə Çexiyada həbsi Türkiyənin uğuru sayıla bilər. Ancaq məsələ heç də sadə deyil". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"İndi əsas sual budur: Çexiya Səlim Müslümü Türkiyəyə ekstradisiya edəcəkmi? Məsələ burasındadır ki, Avropadakı PKK militanları və onların Avropanın siyasi kuluarlarındakı dəstəkçiləri əllərindən gələn hər şeyi edəcəklər ki, Səlim Müslüm Türkiyəyə göndərilməsin.

Abdullah Öcalanın həbsi yadıma düşdü. Neçə ölkə PKK-nın liderini Türkiyəyə təhvil verməmək üçün Öcalanı ölkədən ölkəyə göndərdilər, onu əvvəlcə Suriyadan qovdular, keçdi Rusiyaya, oradan İtaliya və Yunanıstana və ən nəhayət Keniyaya getdi və gizli şəkildə həbs olunub Türkiyəyə gətirildi. Onu da nəzərə almaq lazımdır ki, Çexiyadakı müəyyən mərkəzlərin PKK/PYD militanları ilə əlaqələrinə dair informasiyalar illərdir dolaşır. Elə Səlim Müslüm də Praqaya getməklə arxayın olub ki, Çexiya polisi onu həbs etməz".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə