Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri davam edir. SİA-nın verdiyi xəbərə görə, hazırda Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb. Görüşdən sonra Azərbaycan-Ukrayna Prezidentlər Şurasının iclası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq və dövlət başçıları jurnalistlərin suallarını cavablandıracaqlar.

 

İmzalanacaq sənədlər arasında Prezidentlərin Birgə Bəyannaməsi və iki ölkənin xarici siyasət idarələri arasında arxiv işi sahəsində əməkdaşlıq barədə hökumətlərarası saziş də var.

 

Azərbaycan prezidentinin həmçinin səfər çərçivəsində baş nazir Nikolay Azarov və Ali Radanın sədri Vladimir Litvinlə də görüşləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə