"Bәzi ölkәlәrә tәzyiq üçün Türkiyәdәn istifadә edilmәsini istәmirik"

"Bәzi ölkәlәrә tәzyiq üçün Türkiyәdәn istifadә edilmәsini istәmirik"

ABŞ-ın Nyu-York Tayms qәzeti Türkiyәnin son zamanlarda xarici işlәr naziri Әhmәd Davudoğlunun yeritdiyi xarici siyasәtlә dünyada ön sıralara keçdiyini yazıb.

SİA-nın məlumatına görə, qәzetin xarici siyasәt üzrә müxbirlәrindәn Rocer Kohenin Ankarada xarici işlәr naziri Әhmәd Davudoğludan aldığı müsahibәyә әsaslanan xәbәrdә bildirilib ki, Vaşinqton hazırki Türkiyә-ABŞ әlaqәlәrinin Soyuq Müharibә dövründәki әlaqәlәrә bәnzәdiyini düşünür. Lakin xarici işlәr naziri Әhmәd Davudoğlu bununla razılaşmayaraq bәzi ölkәlәrә tәzyiq üçün Türkiyәdәn istifadә edilmәsini istәmәdiyini söylәyib.

Davudoğlunun "Strateji Dәrinlik" kitabının qonşularla problemsiz siyasәt әsasında yazıldığı qeyd edilәn mәqalәdә son dövrlәrdә Türkiyәnin qonşularla ticarәt dövriyyәsindә böyük inqilab etdiyi dә bildirilib.

Mәqalәdә Türkiyәnin fәal xarici siyasәti vә qonşuları ilә yaxınlaşması sayәsindә keçәn il 7 faiz iqtisadi artım әldә edildiyi yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə