İraq prezidenti: "Müstəqil kürd dövləti qurulması fikri yalnız xəyaldan ibarətdir"
İraq prezidenti Cəlal Tələbani bölücü terror təşkilatının ən böyük səhvinin Türkiyədəki demokratik quruluşun dəyərini anlamamaq olduğunu deyib. SİA-nın məlumatına görə, TRT -nin ərəbcə kanalında yayımlanan "Türkiyənin qonaqları" proqramına qatılan Tələbani silahlı aksiyalarla nəticələrə nail olmağın mümkünsüzlüyünü vurğulayıb.
Terror aktlarının yalnız Türkiyəyə deyil, bölgədəki bütün ölkələrə mənfi təsir etdiyini deyən Tələbani müstəqil bir kürd dövləti qurulması fikrinin yalnız xəyaldan ibarət olduğunu bildirib.
"Türkiyə mənim üçün ana vətəndir" deyən Cəlal Tələbani Türkiyədə əsrlər boyu islam aləminə və bütün şərq xalqlarına böyük xidmətlər göstərdiyini söyləyib. Bu gün İraq hökumətində irəli gələn insanların çoxunun Türkiyə universitetlərində yetişdiyini bildirən Tələbani bu ölkənin mədəniyyətini çox sevdiyini və təqaüd illərini İstanbulda keçirmək arzusunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB