Mövlud Çavuşoğlu: “Etimadsızlıq mühiti aradan qaldırılmalıdır”

Mövlud Çavuşoğlu: “Etimadsızlıq mühiti aradan qaldırılmalıdır”

“ABŞ-ın məqsədini bilmirik. ABŞ son proseslər zamanı etibarını itirdi”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada “təhlükəsiz bölgə” yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun yenidən etibar qazanmadan bu məsələlərdən danışması doğru deyil: “Əvvəlcə konkret addımlarla etibar bərpa edilməlidir. ABŞ-ın məqsədini bilmirik. Əvvəlcə etimadsızlıq mühiti aradan qaldırılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə