“ABŞ Dövlət katibi Reks Tillerson Rusiyanı Suriyadakı insan ölümlərinə görə məsuliyyət daşıdığını bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Parisdə 29 ölkənin nümayəndəsi ilə görüş zamanı bu fikirləri söyləyən Tillerson Moskvanı sərt şəkildə tənqid edib: “Hücumları kimin təşkil etməsindən asılı olmayaraq, Rusiya Şərqi Qutda çoxsaylı insan ölümlərinə və s. kimyəvi hücumlara görə məsuliyyət daşıyır”.
ABŞ Dövlət katibi həmçinin Rusiyanın ABŞ-la Suriya arasında kimyəvi silahın məhv edilməsinə dair müqavilənin qarantı kimi razılaşmanı pozmaqda da ittiham edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB