Azərbaycanlı alim Gürcüstan Milli Elmlər Akademiyasına üzv seçilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyev 21 oktyabr 2010-cu il tarixdə Gürcüstan Tibb Universitetinin 80 illik yubiley mərasimində iştirak etmək məqsədilə Gürcüstana səfər edib. SİA-nın məlumatına görə, mərasimdə məruzə ilə çıxış edən C.Əliyev, eyni zamanda Gürcüstan Milli Elmlər Akademiyasına (GMEA) üzv seçilib.
GMEA-nın prezidenti Tamaz Qamkrelidze Azərbaycanın görkəmli aliminə akademiyanın həqiqi üzvü diplomunun təqdim etmiş, C.Əliyevin tibb sahəsində qazandığı uğurlardan, onun xarici ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya və Almaniyada keçirdiyi mürəkkəb cərrahiyyə əməliyyatlarının uğurlu nəticələrindən söhbət açıb.
Sonra Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Andria Uruşadze Cəmil Əliyevi təbrik etmiş, alimə uğurlar diləyib.
Xatırladaq ki, Cəmil Əliyev həm də Rusiya Federasiyasının Tibb Elmlər Akademiyasının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB