Şok! Ermənistanda satılan coğrafi ensiklopediyada Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilib

Şok! Ermənistanda satılan coğrafi ensiklopediyada Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilib
Ermənistanın kitab dükanlarında yüksək tirajla satılan "Coğrafiyaya dair böyük Ensiklopediya"da Dağlıq Qarabağ ərazisi "Azərbaycanın tarixi əraziləri" kimi göstərilib. SİA-nın məlumatına görə, bu "səhvi" aşkar edən "Ankax" qəzetinin baş redaktoru Vardui İşxanyan keçirdiyi mətbuat konfransında elan edib.

Qeyd edək ki, Rusiyada nəşr olunan və kitab dükanlarında satılan bu Ensiklopediyada Ermənistanın əsas dövlət dilinin erməni və Azərbaycan dili kimi göstərilir. Erməniləri şoka salan məlumat isə Ermənistanın əsas dininin provoslav (erməni Apostol kilsəsi) və İslam (şiə) kimi göstərilməsi olub. Bununla bağlı ermənilər Ensiklopediyanın çap olunduğu redaksiyaya müraciət edərək bu informasiyaların "düzəldilməsinə" çağırırsalar da, redaksiyadan heç bir mövqe bildirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə