“Lavrovun dedikləri dildən-dilə itib qalır” MÜNASİBƏT

“Lavrovun dedikləri dildən-dilə itib qalır” MÜNASİBƏT

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli həll variantında olduğunu bildirsə də əsas məqsəd təmas xəttində sabitliyin qorunmasında görür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Lavrov qeyd edir ki, münaqişə bir sənədlə həll oluna bilməz və tərəflər razılığa gələrək həll olunmalıdır: “Ancaq mərhələli şəkildə mütəmadi olaraq həll olunacağını deyir. Nə yaxşı olardı ki, heç olmasa mərhələli şəkildə Lavrovun dediyi kimi həll olunardı. Çox təəsüf ki, bu belə olmur və Lavrovun dedikləri dildən-dilə itib qalır. Düşünmürəm ki, Qarabağ münaqişəsi Lavrovun dediyi kimi sakitcə tərəflərin razılığı ilə həll olunar. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə mərhələli həll olunması üçün Ermənistana mütləq təzyiq olunmalıdır və yaxud da Ermənistandakı siyasi, iqtisadi vəziyyət sosial partlayış etməli, rejim dəyişilməlidir. Alternativ variant isə müharibədə görürəm. Əgər biz torpağımızı azad etmək istəyiriksə qısa bir zamanda mobilləşib müharibəyə hazır olmalıyıq. Hər şeydən əvvəl biz öz gücümüzə arxalanmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə