XİN rəhbəri: “Təmas xəttində sakitçiliyə riayət etmək lazımdır"

XİN rəhbəri: “Təmas xəttində sakitçiliyə riayət etmək lazımdır"

“Rusiya Federasiyasının Dağlıq Qarabağ probleminin həllində konkter planı ola bilməz”. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya, Fransa və Amerika ilə birgə ATƏT Minsk qrupunun həmsədrləri kimi əllərindən gələni edirlər ki, problemin həlli üçün şərait yaradılsın: “Biz tərəflərin münasibətlərini, problemə yanaşmalarını incələyirik. Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər. Hazırda vacib olan təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımların atılmasıdır. İndi təmas xəttində sakitçiliyə riayət etmək lazımdır ki, məsələnin siyasi həllinə keçmək mümkün olsun. Bir sənədlə bu məsələni həll etmək olmaz. Planlı şəkildə bu məsələyə yanaşmaq lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə