"Məqsəd və hədəflərə nail olmaq üçün ilkin layihə hazırlanıb"

"Məqsəd və hədəflərə nail olmaq üçün ilkin layihə hazırlanıb"

“Dayanıqlı İnkişaf Məqsədlərində əksini tapan 2030-cu ilədək hədəflər Azərbaycanın 2017-2030-cu illəri əhatə edəcək yeni məşğulluq proqramına inteqrasiya edilib”. SİA-nın xəbərinə görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası BMT-Dayanıqlı İnkişaf Məqsədlərində müəyyənləşdirilmiş məqsəd və hədəflərə nail olmaq üçün ilkin layihə hazırlayıb: “BMT tərəfindən Azərbaycan hökumətinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək məqsədi ilə layihə icra edilir. Gələcəkdə Dayanıqlı İnkişaf Məqsədlərində prioritet məqsəd və hədəflərin milliləşdirilməsi prosesinin yekunlaşdırılması nəzərdə tutulur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə