"Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasıya imkanları" adlı konfrans keçirilir YENİLƏNİR
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda Partiya rəsmiləri, millət vəkillər, dövlət qurumlarının rəhbərləri və digərləri iştirak edirlər. Tədbirdə ilk çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov söyləyib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, bu siyasətin nəticəsində Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir:
Ə.Əhmədov söyləyib ki, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir: "Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir. Beləliklə qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artmış olur".
"Konfrans əlamətdar gün ərəfəsində keçirilir. Sabah Azərbaycan Prezidentinin doğum günüdür. Mən özümün və bütün partiya üzvləri adından dövlət başçımızı təbrik edir, ən xoş arzularımızı çatdırıram. Bildiyiniz kimi, ölkəmizdə 2018-ci ilin oktyabr ayında, 10 aydan sonra prezident seçkiləri keçiriləcək. Prezidentimizin yüksək seçki şansı var. Əminik ki, biz növbəti dekabr konfransını prezidentin qələbəsi kimi qeyd edəcəyik"- deyə, Əli Əhmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB