Ukrayna Daxili İşlər Naziri: “Qara transplantasiya” ilə bağlı Azərbaycan bizə yardım etməsə onların köməyi olmadan Bakıda araşdırmanı aparmalı olacağıq”

Ukrayna Daxili İşlər Naziri: “Qara transplantasiya” ilə bağlı Azərbaycan bizə yardım etməsə onların köməyi olmadan Bakıda araşdırmanı aparmalı olacağıq”

Kiyevdə böyrəklərin qeyri-qanuni transplantasiyasında şübhəli bilinənlərin sayı 7 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna Daxili İşlər Naziri Yuriy Kuçner bildirib. Onun sözlərinə görə, saxlanan həkimlər Kiyevin aparıcı səhiyyə müəssisələrindən birində çalışırlar. Eyni zamanda Ukrayna Daxili İşlər Naziri cinayət işi ilə bağlı araşdırma aparmaq üçün Azərbaycanın hüquq mühafizə orqanlarına göndərdiyi müraciətin cavabsız qaldığını xatırladıb.

 

O, qeyd edib ki, hazırda Ukrayna DİN-ni yalnız bir sual maraqlandırır: "Bakının hansı klinkalarında kim və hansı şəraitdə "qara transplantasiya" işini görürmüş. Biz yenə də ümid edirik ki, Azərbaycan tərəfi bizi qəbul edəcək və çətin olan işimizdə bizə yardımçı olacaq. Yoxsa, biz azərbaycanlı həmkarlarımızın köməyi olmadan araşdırmanı aparcağıq. Neynəmək olar?".

 

Qeyd edək ki, həbs olunan həkimlərə qarşı irəli sürülən ittihamlar təsdiqlənsə, onların 12 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutulur. Həkimlər Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 115-ci maddəsinə görə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə