ATƏT rəsmiləri Gəncədə fəaliyyət göstərən dairə seçki komissiyalarının fəaliyyətilə tanış olub
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində əcnəbi müşahidəçilər artıq prosesin aparılması ilə bağlı mövcud vəziyyəti izləməyə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, dünən və bu gün ATƏT-in uzunmüddətli misyası Gəncədəki dairə seçki komissiyalarının fəaliyyətini izləyib.
ATƏT rəsmiləri dairə sədrləri ilə görüşüb, namizədlərin qeydə alınması prosesini izləyib. Həmçinin, məntəqə sədrləri üçün təşkil olunan seminarlara qatılıb.
Hazırda ATƏT nümayəndələri Gəncə şəhərində işini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB