Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2011-2012-ci il üçün müvəqqəti üzvləri Almaniya, Portuqaliya, Cənub Afrika Respublikası, Hindistan və Kolumbiya olacaq. SİA-nın məlumatına görə, Portuqaliya Təhlükəsizlik Şurasına seçkilərinin üçüncü turunda bu quruma seçilib.

 

"Qərbi Avropa və digərləri" qrupunda Almaniyanın ilk dövrdə 128 səs qazanaraq Şuraya seçilməsindən sonra Portuqaliya ilə Kanada arasında seçim edilib. İki turda heç bir ölkə Şuraya seçilmək üçün lazımı qədər səs toplaya bilmədiyi halda, üçüncü turda Portuqaliya səslərin 2/3-ni əldə edərək Şuraya seçilib. Portuqaliya 150 səs qazandığı halda, Kanada yalnız 32 səs ala bilib.

 

Türkiyə, Yaponiya, Avstriya, Uqanda və Meksikanın Şurada 2 illik müvəqqəti üzvlüyü 1 Yanvar 2011-ci ildə başa çatacaq. Bu tarixdən etibarən 15 üzvlü Şurada, 5 daimi üzvdən (ABŞ, Fransa, İngiltərə, Çin və Rusiya) başqa Şuraya keçən il seçilən müvəqqəti üzvlər Bosniya-Hersoqavina, Braziliya, Qabon, Livan, Nigeriya ilə bu gün seçilən 5 yeni müvəqqəti üzv təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə