Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib

Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib

Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. Artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə