“Tərəqqi” medalı ilə təltif olunmağım yüksək diqqətin nümunəsidir” AÇIQLAMA

“Tərəqqi” medalı ilə təltif olunmağım yüksək diqqətin nümunəsidir” AÇIQLAMA

“Müstəqil Azərbaycanın siyasi tarixinin ən mühüm hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötdü. Ümumxalq partiyası olan YAP ötən müddət ərzində şərəfli inkişaf yolu keçərək Azərbaycanın inkişafına, müstəqilliyinin möhkəmlənməsinə milsisiz töhfələr verməklə xalqımızın böyük inam və etimadını qazanıb, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanaraq alternativsiz siyasi qüvvəyə çevrilib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib.

Onun sözlərinə görə, müstəqillik dövründə ölkəmizdə davamlı islahatların həyata keçirilməsi və dayanıqlı inkişafın əldə edilməsində, insanların rifahının yaxşılaşmasında, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri və milsilsiz töhfələri olub: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev noyabr ayının 14-də partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı YAP üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.

Partiyamızın üzvləri Ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları və qarşıya qoyulan vəzifələr əsasında öz fəaliyyətlərini uğurla davam etdirirlər. YAP-ın yüksək diqqət və qayğısı partiya üzvlərinə möhkəm əqidəyə söykənən fəaliyyətlərini davam etdirmələri üçün əlavə stimul verir. Çünki Yeni Azərbaycan Partiyasını fərqləndirən mühüm xüsusiyyətlərdən biri də partiya üzvlərinin əməyinin – xidmətlərinin və fəaliyyətinin layiqincə qiymətləndirilməsidir. Bu günlərdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Sərəncamın imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncam ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, Yeni Azərbaycan Partiyasının prinsipləri əsasında fəaliyyətini davam etdirən partiya üzvlərinin əməyinin qiymətləndirilməsi mənasında böyük əhəmiyyətə malikdir.

Qeyd edim ki, həmin sərəncam əsasında mən də “Tərəqqi” medalı ilə təltif olunanlar sırasındayam. Bu, partiyamızın və onun Sədri cənab İlham Əliyevin həm də gənclərə yüksək diqqət və qayğısının nümunəsidir. Azərbaycan gəncliyinin nümayəndəsi və Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu etimada, diqqət, qayğı və dəyərə görə qürur və iftixar hissi keçirir, Partiyamızın Sədri cənab İlham Əliyevə sonsuz minnətdarlığımı və dərin təşəkkürüm bildirirəm. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Yeni Azərbaycan Partiyasına mənsub olan bir şəxs – partiya üzvü kimi bundan sonra da fəaliyyətimi yorulmadan davam etdirəcəyimi, bu etimada, diqqətə layiq olacağımı qeyd etmək istəyirəm. Azərbaycan gəncliyinə göstərdiyiniz bu yüksək diqqətə, partiyamızın üzvlərinin əməyini layiqincə qiymətləndirdiyinizə görə Siz təşəkkür edirəm, cənab Prezident!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə