7 Noyabr 2010-cu il tarixinə təyin edilən Milli Məclisə seçkilərə 546 nəfərin namizədliyi qeydə alınıb. SİA-nın məlumatına görə, bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib. Dairə seçki komissiyaları tərəfindən 297 nəfərin namizədliyinin qeydə alınmadığını deyən MSK sədri qeyd edib ki, 163 nəfər imza vərəqələrini təhvil verəndən sonra namizədlikdən imtina edib. Ümumilikdə 952 nəfərlə bağlı qərar verildiyini söyləyən M.Pənahov bundan sonra da təxminən 250 nəfərlə bağlı qərarın qəbul olunacağını bildirib.
Ölkə ərazisində səsverməni müşahidə etmək üçün MSK-ya 1095 müraciət daxil olub və bütün müraciətlər müsbət cavablandırılıb. Konkret seçki dairələrində müşahidə aparmaq istəyənlərin sayı isə indiyə kimi 6062 nəfər olub. Onların da hamısının müraciətinə müsbət cavab verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB