Komitə sədri: “Bakıda keçirilməli olan beynəlxalq konfrans gələn ilədək təxirə salınıb” - TƏDBİR
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən H.Orucov bildirib ki, hazırda ölkəmiz vicdan azadlığının, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, hətta dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Komitə sədri qeyd edib ki, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
"Ancaq təəssüflər olsun ki, ölkədə yaranmış sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. Azərbaycan cəmiyyəti tərəfındən birmənalı şəkildə qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar din pərdəsi altında gizlənərək başqa maraqlara xidmət edirlər. Onlar bir sıra xarici ölkələrin dəstəyi, tövsiyə və tapşırıqları əsasında fəaliyyət göstərməyə cəhd edirlər. Hazırda dinlə əlaqəsi olmayan belə qüvvələr 90-cı illərlə müqayisədə çox zəifdirlər. Öyrənmələr göstərir ki, zaman keçdikcə dini durum daha da sabitləşir. Yaxın gələcəkdə Azərbaycanda bu kiçik qruplar aradan qaldırılacaq. Bunun bir səbəbi də həmin qrupların tədricən zərərsizləşdirilməsidir. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra dini durumda gedən proseslər daha da şəffaflaşacaq və mövcud vəziyyət indikindən də yaxşı olacaq. Dini durumun daha da sabitləşməsində ""Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərin də əhəmiyyətli rolu var", - deyə o əlavə edib.
Daha sonra H.Orucov vurğulayıb ki, "Dini etiqad azadlığı haqqında" Qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, Dövlət Komitəsinin dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verməsi nəzərə alınaraq bu ıstiqamətdə də müvafiq tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, "Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsinin qaydaları haqqında Təlimat" hazırlanıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. O qeyd edib ki, həmin təlimata uyğun olaraq, müvafıq rəy verilməsi üçün bu sahə ilə əlaqəli işləyən qurumların mütəxəssislərindən ibarət dövlət komitəsinin sədri yanında şura yaradılıb və şura artıq fəaliyyətə başlayıb.
H.Orucov əlavə edib ki, komitə dini maarifçilik sahəsində də fəaliyyətini davam etdirir: "Belə ki, yerli icra hakimiyyətləri ilə birgə 2007-ci ilin iyul ayından indiyədək ölkənin bütün şəhər və rayonlarında 450 seminar-treninq keçirilib. Seminar-treninqlərin təşkilində məqsəd milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və ölkədəki tolerantlıq mühitinin qoruyub-saxlanılması, Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və əhatəli şərh edilməsi, eləcə də radikal dini qrupların zərərsizləşdirilməsi və zərərli təriqətlərin təbliğatının qarşısının alınmasıdır".
Komitə sədri qeyd edib ki, bu il dekabrın əvvəlində Bakıda keçirilməli olan "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda konfrans təxirə salınıb. Bunun bir sıra obyektiv səbəblərlə bağlı olduğunu deyən H.Orucov bildirib ki, bu konfrans gələn il keçiriləcək.
Tədbirin davamında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB