“Hraparak”: “Artıq “yuxarıda” kimin harada oturması qərarı verilib”

“Artıq “yuxarılarda” yalnız kimin harada oturacağı deyil, eyni zamanda 2018-ci ildən sonrakı prezident-baş nazir konfiqurasiyası da bəlli olmağa başlayıb”. SİA xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazır. “Qərara alınıb ki, Serj Sarkisyan Baqramyan 26 küçəsindəki iqamətgahında oturmağa davam edəcək, lakin baş nazir qismində. Karen Karapetyan isə hökumətdə baş nazirin birinci müavini olacaq”-deyə yazan erməni nəşrinə görə, məhz buna görə hökumət binasında onun kabineti və s. mətrəbələrdə təmir işlərinə başlanılıb: “Ermənistanın gələcək prezidentinin iqamətgahı vaxtilə Artur Baqdasaryanın oturduğu milli təhlükəsizlik şurasının binası olacaq”.

Nəşr yazır ki, hakimiyyət strukturlarında müəyyən yerdəyişmələr olsa da 2018-dən sonrakı müddətdə də heç nə dəyişilməyəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə