Ermənistan silah arsenalını artırır

Ermənistan silah arsenalını artırır

Ermənistan özünü silahla təchiz etməkdə davam edir. SİA-nın Ermənistanın "Aykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, erməni hərbiçiləri İrəvanda səfərdə olan xarici ekspertlərə raket qurğularını nümayiş etdiriblər. Qəzet yazır ki, sentyabrın 25-dən oktyabrın 6-dək Ermənistanın paytaxtı İrəvan şəhərində Amerikanın və İngiltərənin müdafiə məsələləri üzrə birgə konsultasiya qrupunun üzvlərinə "C-300" kompleksləri və "Yer-yer" tipli raketlər nümayiş etdirilib.

 

Ermənistanın Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi xarici hərbi ekspertlərin hərbi sahədə strateji yenidənqurma məsələləri üzrə konsultasiya məqsədilə İrəvanda olmasını və belə bir qrupun vaxtaşırı Ermənistana gəlməsini təsdiq etsə də, "C-300" zenit-raket komplekslərinin dislokasiya yerlərinə baxış keçirilməsi, həmçinin təhqiqatının aparılmasını təkzib edib.

 

Ermənistanın Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi "Aykakan jamanak" qəzeti tərəfindən belə bir məlumatların yayılmasının "Ermənistan Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəldiyini" vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə