Səməd Seyidov: "Dağlıq Qarabağ üzrə alt komitənin bərpa edilməsi məsələsini gündəmdən çıxarmağa çalışırlar, amma bu mümkün deyil" - MÖVQE

Səməd Seyidov: "Dağlıq Qarabağ üzrə alt komitənin bərpa edilməsi məsələsini gündəmdən çıxarmağa çalışırlar, amma bu mümkün deyil" - MÖVQE

AŞPA-nın payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin növbəti görüşü olub. Görüş zamanı Dağlıq Qarabağ üzrə alt komitənin bərpa edilməsi məsələsi müzakirə edilib. Tərəflərin görüşü AŞPA sədri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə baş tutub.

 

Azərbaycanın AŞPA-dakı nümayədə heyətinin rəhbəri Səməd Seyidov SİA-ya açıqlamasında bildirib ki, iki gün ardıcıl keçirilən danışıqlar göstərdi ki, AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir və bu qətnamələrin həll yolları AŞ-nın gündəmindən düşməməlidir: "Ona görə ki, bizim əsas məqsədimiz Dağlıq Qarabağ problemini gündəmdən çıxartmamaq, daima AŞ-nin gündəliyində saxlamaq, Dağlıq Qarabağ problemi ilə yanaşı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar humanitar məsələlərin müzakirə olunmasıdır".

 

S.Seyidovun sözlərinə görə, Dağlıq Qarabağ problemi AŞ-da ən yüksək səviyyədə müzakirə olunub və bu istiqamətdə görüşlər mütəmadi olaraq davam etdiriləcək: "Faktiki olaraq, bir neçə müddətdir ki, hər sessiyada bu görüşləri keçiririk. Biz qərara gəldik ki, bu cür görüşləri davam etdirək. Bu özü o deməkdir ki, Dağlıq Qarabağ problemi AŞ-də ən yüksək səviyyədə müzakirə olunur. Həm Büronun iclasında, həm də AŞ PA sədrinin rəhbərliyi altında müzakirə olunacaq. Bu bir daha ona dəlalət edir ki, bu məsələni nə qədər gündəmdən çıxarmağa çalışsalar da, bu mümkün olan şey deyil. Böyük ehtimalla bu məsələni bir daha AŞPA Bürosunun ya Antaliya, ya da Parisdə keçiriləcək iclasında gündəmə gətirəcəyik. Bununla da, bu məsələnin müzakirəsinə nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə