YAP Pirallahı rayon təşkilatı idman turniri keçirib

YAP Pirallahı rayon təşkilatı idman turniri keçirib

Hikmət Şikarov: “Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının, Pirallahı rayon İH-nin və Kpempo federasiyasının birgə təşəbbüsü ilə YAP-ın yaranmasının 25-ci ildönümü münasibətinə həsr olunmuş Kempo əlbəyaxa döyüş növü üzrə yarş turniri keçirilib. Turnirdə Naxçıvan, Şuşa, Neftçala, İsmayıllı, Sumqayıt, Pirallahı kempoçuları ilə yanaşı, “Toğrul”, “Döyüş sambosu”, “Qafqaz” idman klublarının 108-dək idmançıları iştirak ediblər.

Turnirdən öncə Azərbaycanın Dövlət Hmini səslənib.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, rayon İH-nin şöbə müdiri Hikmət Şikarov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın mühüm rolundan danışıb.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edən H.Şikarov idmançılarımızın Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələr qazandıqlarını vurğulayıb. O, ölkəmizdə idmana göstərilən qayığının əsasının hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir”-deyə qeyd edən partiyanın rayon təşkilatının sədri vurğulayıb ki, Pirallahı rayonunda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır və bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə, gənclərin problemlərinin həllinə dəstək göstərilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır. Beləliklə, müxtəlif yarışların və turnirlərin təşkili rayonda həm idmanın inkişafına, həm də kütləviliyinin artırılmasına xidmət edir.

Azərbaycan Kempo Federasiyasının prezidenti, Əməkdar Məşqçisi Rauf İbrahimov isə çıxışında idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində görülən işlərdən, təşkil olunan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb.

Döyüşlərarası fasilədə incəsənət nümayəndələrinin, xüsusilə, “Şirvan” folklor qrupunun çıxışı idmançılarda və turniri maraqla izləyən tamaşaçılarda xoş ovqat yaradıb.

Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və Federasiyanın fəxri fərman, kubok və medalları təqdim olunub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə