Bakı metrosunda problem

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya bildirib ki, saat 08:04-də "Həzi Aslanov" stansiyasında 15 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb.

Qurum rəsmisi bildirib ki, həmin qatar xətdən çıxarılıb: "Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində müəyyən fasilə yaranıb. Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində hər hansı bir problem yoxdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə