Bəhruz Quliyev: "Milli Şura"nın mitinqi növbəti dəfə fiaskoya uğradı" MÜNASİBƏT

Bəhruz Quliyev: "Milli Şura"nın mitinqi növbəti dəfə fiaskoya uğradı" MÜNASİBƏT

"Radikal müxalifətin bu gün "Məsul" stadionunda keçirdiyi mitinqin fiaskoya uğrayacağı gözlənilən idi". Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, müxalifətin radikal qanadı hələ də özünü ötən əsrin 90-cı illərində hesab edir: "Mitinqdə çıxış edənlər köhnə şüarlar, mənasız çıxışlar, əsassız ittihamlar səsləndirməklə mitinqlərə daha çox insan cəlb edəcəklərini düşünürlər. Amma onlar unudurlar ki, öz çıxışlarında dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özlərini ifşa edirlər. Dövlətin yürütdüyü demokratik, uğurlu daxili və xarici siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən Əli Kərimli kimi tükənmiş "siyasətçilər" hakimiyyətdə olduqları dövrü nə tez unudublar? Müstəqilliyimizin ilk illərindən indiyədək xalqın siyasi baxışları, dünyagörüşü, hadisələrə qiymət vermək, analiz etmək qabiliyyəti xeyli təkmilləşib. Radikallar ancaq özlərini və ətrafındakı 5-10 nəfəri aldada bilərlər. Xalqımız inkişafın, tərəqqinin tərəfdarıdır, müxalifətin arzuladığı xaosun yox".

Bütün xəbərlər Facebook səhifəmizdə