Siyasi şərhçi: “Rusiya Ermənistanı öz silah bazarının oyunçusuna çevirib” AÇIQLAMA
"Bilirsiniz ki, Rusiya dünyada silah satmaqda ad çıxarmış və bunda ciddi maraqları olan ölkələrdən birincisidir. Təbii ki, onun forpostu Ermənistan da birmənalı və bir qayda olaraq Rusiyadan silah almalıdır. Yəni Ermənistanın başqa ölkələrdən silah alması Rusiyanın heç vaxt xoşuna gəlməz. Eləcə də Rusiyanın icazəsi olmadan Ermənistan silahı heç kimdən almamalıdır. Bununla belə biz bilirik ki, Ermənistanın silah almağa pulu yoxdur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Rusiya bilir ki, Ermənistana silah satmaq istəsə belə, bu ölkənin silah almaq üçün pulu yoxdur. Ona görə də Rusiya zaman-zaman bu ölkəyə kredit ayırır və həmin kreditə də məcburən Ermənistana silah satır. Yəni faktiki olaraq Rusiya Ermənistanı öz silah bazarının oyunçusuna çevirib. Təbii ki, Ermənistanın da silaha ehtiyacı var. Çünki rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Azərbaycan öz gücünə silah alır və ordusunu gücləndirir. Yəni bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ümumiyyətlə bizim bölgəmizdə ən nizami ordu Azərbaycandadır. Ermənistan məcburdur ki, silahlansın və ordusunu gücləndirsin. Amma imkanlar olmadığına görə həmişə üz tutduğu yer Rusiya olub"- deyə, Azər Həsrət fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB