Prezidentlərin görüşü başa çatdı

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə geniştərkibli və təkbətək görüşləri başa çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan “Twitter” səhifəsində yazıb.

Bildirilib ki, artıq danışıqlar yekunlaşıb. Azərbaycan prezidenti BMT-nin Cenevrədəki ofisi və digər təşkilatlardakı daimi nümayəndəsinin iqamətgahını tərk edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...