Qüdrət Həsənquliyev Marian Qabriellə görüşüb

Qüdrət Həsənquliyev Marian Qabriellə görüşüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün ATƏT-in Bakı ofisində qurumun Müşahidə Missiyasının siyasət üzrə təhlilçisi Marian Qabriellə görüşüb. Partiyadan SİA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkisi öncəsi durum, "İslahat" blokunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Marian Qabriellin xahişiylə BAXCP sədri "İslahat" bloku haqqında geniş məlumat verib, blokun seçki hazırlıqlarıyla bağlı diplomatı bilgiləndirib.

Daha sonra razılıq əldə edilib ki, seçki dövründə də əməkdaşlıq yüksək səviyyədə davam etdirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə