Azərbaycan poçt administrasiyasının nümayəndələri İrana gedəcək

Azərbaycan poçt administrasiyasının nümayəndələri İrana gedəcək

Cari ilin 5-7 oktyabr tarixlərində Azərbaycan poçt administrasiyasının nümayəndələrindən ibarət İşçi Qrupu İran Poçtunun dəvəti ilə Tehranda işgüzar səfərdə olacaq. SİA-nın məlumatına görə, səfərin məqsədi İranın poçt sahəsi üzrə İşçi Qrupu ilə görüşlər keçirmək, iki ölkə arasında poçt sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirməkdir.

Xatırladaq ki, iki ölkə arasında poçt sahəsi üzrə işçi qrupların ilk görüşü ötən ilin 21 dekabrında Bakıda keçirilib. Bu zaman müzakirə edilmiş mövzular arasında poçtun Bakıdan Naxçıvana və əks istiqamətdə İran ərazisindən keçməklə avtomaşınla daşınması, "Xəzər dənizinin ekologiyası" mövzusunda birgə poçt markasının buraxılışı, tranzit poçt göndərişləri, elektron pul baratlarının mübadiləsi, mütəxəssislərin təcrübə mübadiləsi kimi məsələlər olub.

Lakin sözügedən istiqamətlərin hələ ki tam həllini tapmadığından, növbəti görüşdə həmin məsələlər bir daha müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə