Qırğızıstanın yeni prezidenti kim oldu?

Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. SİA-nın verdiyi məlumata görə, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən səsvermədə 1 milyon 692 min nəfər iştirak edib. Onlardan 917 mini hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib. Onun rəqibi, müxalifət partiyasından olan Omurbek Babanov isə 33, 47 faiz səsə toplayıb.

Nəticələr əsasən Soornbay Jeenbekov seçicilərin 55,93 faiz səsini toplayıb.

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. MSK 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...