ETSN Yasamalda ağacların kəsilməsi və ya köçürülməsi ilə bağlı heç bir rəy verməyib
01 oktyabr 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən aparılan növbəti xidməti araşdırma zamanı Yasamal rayonunun inzibati ərazisində Azərbaycan prospekti 42 ünvanda naməlum şəxslər tərəfindən diametrləri 40 sm olan 3 ədəd qovaq ağacının kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar olunmuş qanun pozuntusu faktı ilə əlaqədar nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq qaydada 21970 saylı akt tərtib olunmuş, təqsirkarların tapılıb inzibati məsuliyyətə cəlb olunmaları üçün Yasamal rayon Polis İdarəsinə 01.10.2010-cu il tarixli 26/1076 saylı məktubla müraciət edilib.
Qeyd olunan ünvanda ağacların kəsilməsi və ya köçürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsi tərəfindən hər hansı bir rəy verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB